Accessibility links

Prezident Buş seçki kampaniyasını davam etdirir - 2004-07-30


Demokrat partiyasının milli qurultayı zamanı fəal siyasi fəaliyyət göstərməyən prezident Buş bu gün seçki kampaniyasını davam etdirməyə başlayıb. Prezident Buşun ilk dayanacağı Missuri ştatı oldu. Burada Corc Buş dəyişikliklər və qeyri-müəyyənlik dövrü sabit rəhbərliyindən danışdı. “Mən sizin ona görə mənə səs verməyinizi istəyirəm ki, firavanlıq və sülh kimi ortaya çox məsələ qoyulub. Biz bu ölkəni irəliyə aparmaq üçün çox iş görməliyik. Mənə daha dörd il verin və Amerika sülh və firavanlıq yolinda irəliyə getməyə davam edəcək.”

Son rəy sorğuları prezident Buş və senator Kerri arasında fərqin az olduğunu göstərir. Hazırda əsas diqqət kimə səs verəcəklərini müəyyən etməmiş seçicilərin seçkinin taleyinə təsir göstərə biləcəyi Ohayo və Pensilveniya ştatlarına verilir.

XS
SM
MD
LG