İranın müdafiə naziri Əli Şəmxani Tehranın şiə yaraqlıları hərbi təchizatla təmin etdiyinə dair İraqın ittihamlarını rədd edib. Ərəb tele-şirkətinə müsahibəsi zamanı müdafiə naziri deyib ki, vahid və müstəqil İraq tərəfdarı olan İran İraqın daxili məsələlərinə müdaxilə etmək niyyətində deyil. Dünən İraqın müdafiə nazirliyi İranı “birinci düşmən” adlandırmış, şiə yaraqlılara hərbi dəstək verməkdə ittiham etmişdi.