Accessibility links

Prezident Buş İraqda həlak olan Amerika əsgərlərinin xatirəsini anıb - 2004-09-08


ABŞ prezidenti Amerikanın kəşfiyyat xidmətlərində islahat məsələsini Konqresin liderlərilə görüşündə müzakirə edib. Prezident Buş deyib ki, Birləşmiş Ştatlar terrorizmə qarşı müharibədə tərəqqi əldə edilib. Belə ki, xarici ölkələrdə qatilləri təqib etməklə, amerikalılar vətəndə onlarlar qarşılaşmırlar. Konqersin liderlərilə görüşündə prezident Buş İraqda ölən Amerika əsgərləri sayını birbaşa qeyd etməmişdir. İndi ölən Amerika əsgərlərinin sayı mini ötür. Lakin ABŞ prezidenti İraqdakı missiyanın baş tutduğunu qeyd etmişdir. Çünki onun dediyi kimi, azadlıq insanları dəyişdirir. “Azadlıq sülhü təmin edir və məhz buna görə biz uniforma geymiş qadın və kişilərimizin həyatını qurban verməsinə olduqca yüksək qiymət veririk. Onlar böyük bir işə xidmət edirlər. Biz itirilmiş hər bir insan həyatına kədərlənirik. biz missiyamızı başa çatdırmaqla onların xatirəsini yad edəcəyik.” Prezident Buş Konqreslə yeni kəfşiyyat məsələləri üzrə direktor vəzifəsinin yaradılmasını nəzərdə tutan kəşfiyyat xidmətlərində islahat məsələsi üzərində işlədiyini bəyan edib. Tam büdcə səlahiyyətinə malik olan bu vəzifənin yaradılması Nyu York və Vaşinqtonda 2001-ci ildə terror hücumlarını araşdıran müstəqil komissiyasnın əsas tövsiyələrindən biri

XS
SM
MD
LG