Accessibility links

Iyad Ələvi İraqda demokratiyanın qalib gələcəyini deyir - 2004-09-19


İraqın müvəqqəti hökümətinin Baş Naziri İyyəd Ələvi bildirmişdir ki, ölkədəki zorakılıqların artmasına baxmayaraq, seçkilər planlaşdırıldığı kimi, gələn ilin yanvarında keçiriləcək.

Bu gün Londanda Britaniyanın Baş Naziri Toni Bleyerlə danışıqlardan sonra, cənab Ələvi müxbirlərə görüşündə demişdir ki, İraq seçkiləri nəzərdə tutulmuş vaxtda keçirəcək və ölkədə “demokratiya galib gələcək”. Bundan başqa o BMT-yə müraciət edərək, seçkilərin müvəffəgiyyətlə keçirilməsi üçün bu təşkilatı onun sözü ilə desək “hər nə lazımdır” etməyə çağırmışdır.

Cənab Bleyer İraq müharıbəsinə garşı çıxıs etmiş dövlətləri müraciyət edərək, keçmişdə olmuş fikir ayrılıqlarının unutmağa çağırmışdır. O demişdir ki, İraqda demokratiya galib gəlməsə, ölkədə terrorizm və zorakılıq artacaq. Kecən həftə BMT-nin Baş Katibi Koffi Annan bildirmişdir ki, İraqda təhlükəsizlik məsələsi həll olunmasa, yanvar ayında ədalətli seçkilər keçirmək mümkün olmayacaq.

XS
SM
MD
LG