Accessibility links

Neft qiymətləri qalxmaqdadır - 2004-10-07


Bu gün üçüncü gündür ki, Amerika Birləşmiş Ştatlarında neft qiymətləri dayanmadan yüksəlir. Belə ki, bir barrel xam neftin qiyməti 98 sent artaraq, 53 dollara çatıb. Neft qiymətlərinin artmasının əsas faktoru İvan qasırğasıdır. Xatırladaq ki, qasırğa Meksika körfəzində neft istehsalının 30 faiz azalmasına səbəb olmuşdur. Qiymətlərin qalxmasına yol açan digər səbəblər İraqdakı sabotajlar, Nigeriyanın siyasi böhranı və Rusiyanın nəhəng neft şirkətinin vergi mübahisəsidir.

XS
SM
MD
LG