Rusiyada İnquşetiya respublikasının 3 polis zabitinə qarşı Beslan şəhərindəki girov böhranı ilə bağlı cinayət işi qaldırılıb. Onların hər üçü də səhlənkarlıqda ittiham edilir. İnterfaks xəbər agentliyinin məlumatında deyilir ki, polis zabitləri 330-dan artıq adamın ölümünə səbəb olan hücum planının üstünün açılmasında başısoyuqluq etmişlər.