Fransız xəstəxanası nümayəndəsinin bildirdiyiniə görə Fələstin lideri Yasir Ərafatın vəziyyətində cümə günündən bəri dəyişiklik baş verməyib. 75 yaşlı Ərafat Parsin yaxınlığında yerləşən Persi Ordu Hospitalında koma vəziyyətində qalmaqdadır. Fələstin rəsmiləri onun vəziyyətinin ağır olduğunu etiraf etsələr də komadan qayıtma və xəstənin müalicə ola bilməsi ehtimalının mövcud olduğunu israr edirlər. Cənab Ərafatın Parisdəki yaxın köməkçisinin bildirdiyinə görə əsas problem həkimlərin Ərafatın xəstəliyinə diaqnoz qoya bilməmələridir. Qəzza zolağında Fələstin baş naziri Əhməd Qureya bu gün təhlükəsizlik xidmətinin rəhbərləri və militantların liderləri ilə görüş keçirmişdir.