Accessibility links

Ramadinin mərkəzi ələ keçirilib - 2004-11-09


İraqda yaraqlılar bir neçə şəhərdə hücumlarını genişləndiriblər. Xəbərlərdə Ramadi şəhərinin mərkəzinin yaraqlıların əlinə keçdiyi bildirilir. Fəllucənin qərb bölgə sakinlərinin dediyinə görə, şəhərin mərkəzi yüzlərlə silahlı döyüşçünün nəzarəti altındadır. Bundan əvvəl yaraqlıların Amerika qüvvələri tərəfindən şəhərin kənarlarına sıxışdırılıb çıxarıldığı xəbər verilmişdi. İraqın müvəqqəti baş naziri İyad Əlavi paytaxt və onun ətraflarında qeyri-müəyyən müddətə komendant saatı tətbiq edib. Baquba şəhərində isə yerli rəsmilər yaraqlılar tərəfindən iki polis idarəsinin hücuma məruz qaldığı, onlarla adamın yaralandığını bildirirlər. 4 yaraqlının öldürüldüyü bildirilir. Kərkük şəhəri yaxınlığında maşına yerləşdirilmiş bomba partlayışı 2 inşaat işçisinin ölümü, bir neçəsinin yaralanmasına səbəb olub. Mosulda 2 Amerika əsgərinin öldürüldüyü və bir inşaatçının yaralandığı xəbər verilir.

XS
SM
MD
LG