Accessibility links

Iraqda yeni qarşıdurmalar olub - 2004-11-10


Fəllucə şəhərində döyüşlərin yenidən qızışdığı bir vaxt müqavimətçilər digər cəbhələrdən hücuma keçir. İraq və Amerika qüvvələrinin bir neçə şəhərdə hücumları nəticəsində 25 adam həlak olbu. Artmaqda olan zorakılıqlara görə Bağdad hava limanının bağlanacağı gözlənilir. Mosulda bu gün bələdiyyə idarəsi 5 adamın ölümünə səbəb olan qarşıdurmalardan sonra komendant saatı tətbiq edib. Polisin bildirdiyinə görə, hücumlar nəticəsində 3 polis nəfəri, bir milli qvardiya əsgəri və bir xarici inşaat işçisi öldürülüb. İraqın digər bir bölgəsi, Bağdadın şimalında yerləşən Baladda bir Amerika əsgərinin qətlə yetirildiyi xəbər verilir. Tuz şəhərində isə yol kənarına yerləşdirilmiş bomba partlayışı 6 İraq əsgərinin ölümü ilə nəticələnib.

XS
SM
MD
LG