Accessibility links

İran rəsmiləri: Razılığa əməl edəcəyik - 2004-11-21


İran verdiyi sözə əməl edərək Bazar ertəsi bütün uran zənginləşdirilməsi fəaliyyətinə son qoyacaq. Bu haqda bəyanat verən İran rəsmiləri öz ölkələrinin nüvə proqramı ilə bağlı səmimi olmaması haqda deyilən fikirləri rədd ediblər. İran hökuməti Bazar ertəsindən əvvəl uran zənginləşdirməsinin tempini artırmaq və nüvə başlıqlarını mərmilərə yerləşdirmək cəhdləri haqda deyilənləri doğru olmadığını bəyan edir. Belə ki, dünən Prezident Buş İranın son zamanlar atom bombasında istifadə edilə biləcək xüsusi qaz istehsal etməsi haqda gələn xəbərlərdən narahatçılığını bildirib. Ondan bir gün əvvəl isə dövlət katibi Kolin Pauell İranın nüvə başlıqlarını mərmiyə yerləşdirməyə səy göstərdiyini deyib. Nüvə məsələləri üzrə danışıqlar aparan İranlı heyətin rəhbəri Həsən Rovhani bu iddiaları əsassız adlandırıb.

XS
SM
MD
LG