Britaniya telekanalının və qəzetlərinin verdiyi məlumata görə həmin ölkənin xüsusi xidmət idarəsinin əməkdaşları Əl-Qaida ilə əlaqəsi olan terror şəbəkəsi tərəfindən hazırlanan hücum planının üstünü açıb. İTV Nyuz və Daily Mail qəzetlərinin yazdığına görə terrorçular Sentyabrın 11-də Amerikada olduğu kimi Londonun Heathrou aeroportunda və Canary Varf məhəlləsindəki göydələnləri hədəfə almağı planlaşdırmışdı. Mənbələrin dediyinə görə Britaniya kəşfiyyatı ölkənin iqtisadi mərkəzlərinə yönəlmiş 4-5 belə hücumun qarşısını alıb. Britaniya rəsmiləri bu xəbərə heç bir şərh verməyib.