Accessibility links

Ukrayna parlamenti və Ali Məhkəməsi bu gün sessiyalarını davam etdirirlər  - 2004-11-30


Ölkədə isə seçkilərdən sonra yaranmış siyasi böhran tez bir zamanda həll edilməsə, parçalanma qorxusu hökm sürür. Parlament son üç gün ərzində ikinci yığıncağını keçirir. Küçələrdə isə qar altında ədalət tələbi ilə on minlərlə insanın kütləvi aksiyası davam edir. Parlament spikeri Vladimir Litvin qanunvericilərə diqqətlərini bu an ölkədə ən böyük təhlükə olan separatizm qorxularına yönəltməyə çağırıb. Cənab Litvin parlamentə bir daha siyasi qarşıdurmaya yol vermədən, obyektivliyin qorunmasını xatırladıb. Prezident seçkilərində qələbə əldə etdiyini iddia edən müxalifət lideri Viktor Yuşşenko hökumətin qeyri-konstution yollarla hakimiyyəti əldə saxlamağa çalışdığını, lakin buna nail olamaycağını bildirib. Cənab Yuşşenko 4 regiona bölünmüş Ukrayna xəritəsini nümayiş etdirərək deyib ki, bu xəritəni hökumət çəkib. O, qanunvericilər düzgün addımlar atmasa, bu parçalanmanın reallığa çevriləcəyini bildirib. Bir neçə kvartallıq məsafədə isə Ali Məhkəmə dinləmələrin ikinci gününü keçirir. Bütün bunlarla yanaşı baş prokurorun müavini mövcud siyasi böhran şəraitində işləyə bilmədiyini elan edərək, istefa verib. Dünən Ukraynanın Mərkəzi Bankının direktoru və Yanukoviçin seçki kampaniyasının başçısı Sergey Tigipko istefa vermişdir.

XS
SM
MD
LG