Bir il əvvəl bu gün axtarışda olan insanların 55 kartı arasında qaratoxmaqtuz vuruldu. Səddam Hüseyn Amerika qüvvələri tərəfindən ələ keçirilib, həbsə salındı. Diktator doğulduğu şəhərə yaxın bir yerdə, yeraltı dəlikdə aşkar edilmişdi. Amerikanın İraqdakı keçmiş administratoru Pol Bremerin Bağdadda təşkil edilən mətbuat konfransında “xanımlar və cənablar biz onu ələ keçirdik” deməsi ilə dünya Səddamın tapıldığını öyrənmişdi. Xəbər ərəb və İraq müxbirləri tərəfindən böyük sevinclə qarşılanmışdı. İraqlılar həmin gün küçələrə çıxıb, sevinclərini bölüşürdülər.66 yaşlı keçmiş İraq lideri axşam saat 8:30-da, Tıkrıt şəhərindən 15 km cənubda yerləşən bir ev yaxınlığındakı dəlikdən çıxarılmışdı. Onun ələ keçiriməsinə keçmiş mühafizləri və yaxın qohumlarının məlumatı yol açmışdı. Diktatorla birgə 750 000 dollar nəğd pul, AK-47 növlü pulemyot və tapança aşkar edilmişdi. Səddamın ələ keçirilməsi əməliyyatında iştirak edən qüvvələrin komandiri general-mayor Raymond Odiernonun dediyi kimi Səddam “siçovul” kimi yaxalanmışdı.Hazırda həbsdə olan İraqın keçmiş lideri gələn il İraqın müharibə cinayətləri tribunalında mühakimə ediləcək.