Accessibility links

MKA gizli həbsxanalara malikdir - 2004-12-17


Vaşinton Post qəzetinin yazdığına görə, ABŞ-ın Mərkəzi Kəşfiyyat Agentliyi Quantanamo məhbus düşərgəsində Əl-Qaidənin ən mühüm üzvləri üçün gizli həbsxanaya malikdir. Hərbiçilər və kəşfiyyat nümayəndələrinə istinad edən qəzet yazır ki, gizli həbsxanalar barədə məlumat indiyədək ictmaiyyətə açılanmamışdı. Qəzet bu həbsxanaların fəaliyyətdə olduğu və orada Pakistan, Yəmən, Qərbi Afrika və digər ölkələrdən olan məhbusların saxlandığını yazır. Mərkəzi Kəşfiyyat Agentliyi xəbərə münasibət bildirməyib.

XS
SM
MD
LG