Nəhəng Rus neft şirkəti Yukosun sabiq rəhbəri deyir ki, hökumətin şirkətin əmlakını müsadirə etməsi Rusiya iqtisadiyyatına olduqca ağır zərbə endirib. Bu gün çap etdirdiyi məktubda Mixail Xodorkovsky Kremlin Rozneftin Yukansneftqazı almasına verdiyi xeyir duanı Vladimir Putin hakimiyyətə gəldikdən sonra onun ölkə iqtisadiyyatında törətdiyi ən pis əməl kimi qiymətləndirib. Vergi dələduzluğu ittihamı ilə həbsdə yatan Xodorkovski deyir ki, hökumət onun qisas alacağından ehtiyat edərək milyarderi həbsdə saxlayır. O, bu iddianı rədd edərək Rusiyanı inkişaf etdirməyə yardım etmək istədiyini bəyan etmişdir. Bu arada cənab Putinin iqtisadi müşaviri Andrey İllarionov Yukosun əmlakının hərraca qoyulmasını ilin ən böyük fırıldağı adlandırıb.