Accessibility links

V.Yanukoviç seçkilərin nəticəsi ilə razı deyil - 2004-12-29


Ukraynanın baş naziri Viktor Yanukoviç təkrar prezident seçkilərinin ilkin nəticələri ilə razılaşmadığını bildirərək, Seçki Komisiyanın qarşısında səslərin yenidən hesablanması məsələsini qaldırıb. Bu isə seçki nəticələrinin rəsmən elan edilməsini təxirə salıb. Mərkəzi Seçki Komissiyası cənab Yanukoviçin bu iddiasına baxılmasına iki gün vaxt sərf edəcək. İddia rədd edildiyi təqdirdə, Viktor Yanukoviç Ukraynanın Ali Məhkəməsi müraciət edəcək. Bir çox siyasi şərhçi Moskva ilə sıx əlaqələrin davam etdirilməsinə çağıran V.Yanukoviçin müvəffəqiyyət əldə edəcəyinə şübhə ilə yanaşırlar. Müxalifət lideri Viktor Yuşenko dünən İstiqlaliyyət meydanında toplaşan minlərlə tərəfdarına hökumətin Ali Radada etimadsızlıq səsi almasına baxmayaraq, hələ də istefa vermədiyini deyib.

XS
SM
MD
LG