Accessibility links

Dünya ölkələrinin liderləri Cakarta görüşünə hazırlaşır - 2005-01-05


Sabah 20-dən artıq dünya ölkələrinin liderləri İndoneziyanın paytaxtı Cakartada fəlakətdən sonra bərpa işləri ilə bağlı təcili sammit keçirəcək. Avropa ölkələri borcların bağışlanması təklifi ilə çıxış edir. Birləşmiş Ştatlar isə gəmi və vertolyotlarla fəlakətdən zərər çəkənləri tibbi ləvazimatvə digər təchizatla təmin edir. Avstraliya sunami və zəlzələnin ən güclü təisirinə məruz qlan İndoneziyaya yardım göstərməyi planlaşdırır. Dünya ölkələrinin bu təcili yığınacağına İndoneziya prezidenti Susilo Bambang Yudhiyono ev sahibliyi edəcək. Bir günlük sammit zamanı Hind ökeanı hövzəsinin 12 ölkəsinə dərhal və uzunmüddətli yardım proqramları müzakirə ediləcək. Yığıncaq iştirakçıları arasında BMT-nin baş katibi Kofi Annan, Birləşmiş Ştatların dövlət katibi Kolin Pauell, Yaponiyanın baş naziri Yuniçiro Koyzumi və Britaniyanın xarici işlər naziri Cek Strou yer alır. BMT indiyədək hökumətlərin göstəridiyi yardımı misilsiz adlandırıraraq, dünya ölkələrinin 2 milyard dollardan artıq vəsait topladıqlarını bildirir. Ən böyük problem indi dağılmış bölgələrə yol tapıb, bu yardımın paylanmasıdır.

XS
SM
MD
LG