Accessibility links

ABŞ-ın onadək senator və konqresmeninin müşavirələri Azərbaycanda səfərdədir - 2005-01-12


ABŞ-ın onadək senator və konqresmeninin müşavirələri Azərbaycanda səfərdədir. Marşal Fondunun təşəbbüsü ilə həyata keçirilən səfər zamanı senator və konqresmenlərin müşavirləri ABŞ-ın onadək senator və konqresmeninin müşavirələri ölkədəki mövcud ictimai-siyasi durumla tanış olacaq, rəsmi şəxslərlə və müxalifət liderləri ilə görüşüb fikir mübadiləsi aparacaq.

Azərbaycan hökuməti cənubi-şərqi Asiya ölkələrində sünamidən zərər çəkənələrə bir milyon ABŞ dolları məbləğində yardım ayırıb. Nazirlər Kabinetinın Mətbuat xidmətinin məlumatına görə, yardım dövlət büdcəsinin Ehtiyat Fonddan ayrılıb və BMT-nin Humanitar İşlərin Əlaqələndirmə İdarəsinin xüsusi hesabına köçürülüb.

Ağır Cinayətlərə dair Məhkəmə 2003-cü ilin oktyabrında keçirilən prezident seçkilərindən sonra baş verən qarşıdurmada günahlandırılan 10 nəfərlik bir qrupun işi üzrə prosesi başa çatdırıb. Məhkəmə iki müttəhimə 3 il həbs, qalan səkkiz nəfərə isə şərti olaraq üç il azadlıqdan məhrum etmə cəzası kəsib.

Avropa Şurası və Azərbaycanın Ombudsman Aparatı «Vasitəçilik və mübahisələrin həllində digər alternativ üsullar» mövzusunda seminar keçirib. Tədbirdə Avropanın bir çox ölkələrindən tanınmış hüquqşünaslar iştirak edib.

XS
SM
MD
LG