Accessibility links

Terrorizmlə mübarizə diqqətləri mühüm problemlərdən yayındırır - 2005-01-13


Terrorizmə qarşı qlobal müharibə dünyanın diqqətini qeyri-sabitliyin əsas səbəblərindən yayındırmışdır. Bu, Worldwatch institutunun son hesabatında bildirilir. Vaşinqton şəhərində yerləşən institutun dünyaya nəzarətlə bağlı illik hesabatında deyilir ki, terrorizm və əks terrorizm yoxsulluq, ətraf mühitin deqradasiyası, neft və digər təbbi resusrslar ətrafında yaranan rəqabətin bəhrəsidir. Hesabat həbri proqramları rədd edən yeni strategiyalar qəbul edilməsinə çağırır. Worldwatch institutunun direktoru Krostofer Flavinin bildirdiyinə görə, yoxsulluq, xəstəliklər və ekoloji problemlər əsl şər mehvərləridir. Bu təhlükələrin mövcudluğu qəbul edilib, onlara cavab verilməyincə, dünya yeni qeyri-sabitlik riski ilə üzləşəcək. Onu da qeyd edək ki, hesabatın müqəddiməsi Sovet İttifaqının keçmiş prezidenti Mixail Qorbaçov tərəfindən yazılıb. Müqəddimədə deyilir ki, yoxsulluq, xəstəliklər, ekoloji deqradasiya və münaqişələrin həlli yolunda qeyri-zorakı və davamlı siyasət qlasnost, şəffalıq və dialoqdur.

XS
SM
MD
LG