Azərbaycan prezident İlham Əliyev İranda üçgünlük rəsmi səfərdədir. Dövlət başçıçı səfər zamanı İran prezidenti Məhəmməd Xatəmi, İranın ali dini rəhbəri Əli Xamneyi və digər rəhbər şəxslərlə görüşlər keçirəcək. İkitərəfli danışıqların yekunlarına əsasən ticarət-iqtisadi, sərhəd, energetika, nəqliyyat, təhsil və səhiyyə sahələrində əməkdaşlığa dair onadək sənəd imzalanacaq. Səfər çərçivəsində prezident İlham Əliyev yanvarın 26-da Təbriz şəhərinə gələcək. O Təbrizdə bu il açılmış Azərbaycanın baş konsulluğuna gedəcək, Sahib Təbrizi, Qətran Təbrizi, Xəqani Şirvani, Əfzələddin Xəqani, Şəhriyar kimi dahi Azərbaycan şairlərinin uyuduğu şairlər qəbiristanlığını ziyarət edəcək, ictimaiyyətin nümayəndələri ilə görüşəcək.