Accessibility links

Iraqda seçkiqabağı zorakılıqlar davam edir - 2005-01-27


Bu gün İraqın Samərra, Mahmudiyyə, Baquba, Kərkük, Ramadi və Tikrit şəhərlərində zorakılıqlara yol verilib. Bu şəhərlədə seçki kampaniyalarına mane olunması məqsədi ilə polis idarələrinə qarşı hücumlar həyata keçirilib. Hadisələr nəticəsində 15 iraqlının öldürüldüyü, bir neçə adamın yaralandığı xəbər verilir. Bağdadın cənub bölgəsində isə Amerikanın dəniz qüvvələrinin bir əsgəri qətlə yetirilib. Qeyd edək ki, şiələrin qələbə əldə edəcəyindən ehtiyat edən sünnü müsəlmanlar seçkilərə mane olacaqlarına and içiblər.

XS
SM
MD
LG