Accessibility links

Timoşenkoya qarşı cinayət işi ləğv edildi - 2005-01-28


Ukraynanın baş prokuroru Svyatoslav Piskun baş nazir vəzifəsinə namizəd göstərilən Yuliya Timoşenkoya qarşı cinayət işinin ləğv edildiyini bildirib. Cənab Piskun işin bağlandığını bu gün Kiyevdə müxbirlərlə söhbəti zamanı deyib. Rusiaynın İntefak xəbər agentliyi baş prokurora intinadən bildirib ki, Timoşenko əleyhinə heç bir dəlil aşkar edilməyib. Xatırladaq ki, prezident Yuşenkonun seçkiqabağı kampaniyasında aparıcı rol oynayan xanım Timoşenko Rusiya rəsmilərinə rüşvət verməkdə ittiham edilirdi.

XS
SM
MD
LG