Accessibility links

Suriya ABŞ-la dialoq keçirmək istəyir - 2005-02-25


Suriya prezidenti Bəşar Əl-Əsəd Birləşmiş Ştatlarla birbaşa dialoqa girmək istədiyini bildirib. Türkiyə qəzetlərinin birinə müsahibə verən Suriya lideri Vaşinqtonla münasibətlərdə gərginlik olduğunu və indiyədək Amerika ilə danışıqlar imkanı əldə edə bilmədiyini deyib. Dövlət Departamenti isə Suriya ilə narahatlıqları ilə bağlı bir sıra danışıqlar keçirildiyini və Amerikanın Dəməşqdəki səfirini geri çağırmasına baxmayaraq, səfiriliklər vasitəsi ilə əlaqələrin davam etdirildiyini bildirib. Qeyd edək ki, Suriya son vaxtlar Livanda 14 000 əsgərdən ibarət hərbi qüvvəsini saxlaması və o ölkənin daxili məsələlərinə müdaxilə etməsinə görə təzyiqlər altındadır.

XS
SM
MD
LG