Accessibility links

ABŞ prezidenti Milli Müdafiə universitetində məruzə edib - 2005-03-08


Prezident Buş Amerikanın başçılığı ilə terrorizmə qarşı müharibə və Yaxın Şərqdə son inkişaflarla bağlı məruzə etdi. Çıxışında prezident Buş dünya ölkələrində demokratiya və azadlığın yayılması ilə sülhə nail olunması haqda danışdı. Milli Müdafiə universitetində çıxış edən prezident Buş bildirdi ki, azadlığlın yayılması Amerika Birləşmiş Ştatlarının başçılığı ilə terrorizmə qarşı müharibədə qələbə əldə edilməsi üçün böyük əhəmiyyət kəsb edir. Corc Buş İraq və Fələstin ərazilərində bu yaxınlarda keçirilmiş seçkilərin demokratiyanın regionda dəyişikliklər yaratmağa başladığına dair işarə olduğunu qeyd etdi. Onun bildirdiyinə görə, Vaşinqton İranın bir gün bu istiqaməti götürəcəyini gözləyir. Cənab Buş Suriyanı Livanda may ayında parlament seçkilərindən öncə bu ölkədən qoşunlarını və kəşfiyyat qüvvələrini çıxarmağa çağırdı. Onun dediyi kimi, seçkilər ədalətli və xarici müdaxilədən azad bir şəraitdə keçirilməlidir. Prezident Buş bildirdi ki, Suriya prezidenti Bəşşar Əl-Əsədin qarşısında seçim durur, ya o, Livanın işğalına son qoyulmalı, ya da o, beynəlxalq ictimaiyyətin təcridilə üzləşməlidir. ABŞ prezidenti Suriya prezidentinin hərbi qüvvələrin sərhəd ərazilərinə yaxın yerləşdirmək vədindən razı qalmadığını açıq şəkildə bəyan etdi.

XS
SM
MD
LG