Accessibility links

Rusiya Suriyanın Livandan çıxmasının tərəfdarıdır - 2005-03-11


Rusiyanın Xarici İşlər Naziri Serqey Lavrov bildirib ki, Livandan Suriya hərbi qüvvələrinin çıxarılması ilə yanaşı, Suriyanın kəşfiyyat agentlikləri də Livanı tərk etməlidirlər. O, bu bəyanatı Moskvada Livanın müxalifət liderilə keçirdiyi görüşündən sonra verib. Cənab Lavrov deyib ki, yaraqlı qrup olan Hizbullahın Livanın siyasi nüfuz dairəsində olmasının Yaxın Şərqə xeyri olduğuna olduğuna inanır. Birləşmiş Ştatlar çoxdan bəridir ki, Hizbullahı terrorçuların siyahısına daxil edib. Birləşmiş Ştatlar bu sahədə siyasətinin dəyişdirdiyinə dair xəbərləri təkzib edib.

XS
SM
MD
LG