Accessibility links

Türkiyədə zəlzələ baş verib - 2005-03-12


Türkiyənin cənubunda bu gün səhər baş verən zəlzələ nəticəsində 7 nəfərin yaralandığı bildirilir. İstanbulun Kandili müşahidə mərkəzindən verilən xəbərə görə zəlzələnin gücü 5,7 bal olmuş və Bingol vilayətinin kəndində baş vermişdir. Türkiyənin Anadollu Xəbərlər Agentliyi bildirir ki, zəlzələ nəticəsində qonşu Ərzurum vilayətində torpaq sürüşərək əsas yoli kəsmiş, eləcə də 20 ev xəsarət almışdır. Vilayət rəsmiləri yağan güclü qar nəticəsində kiçik kəndlərə çıxışın çətinləşdiyini bildirirlər. Xatırladaq ki, 2003-cü ildə Türkiyədə 6,4 bal gücündə baş verən zəlzələ nəticəsində 177 nəfər həlak olmuşdu.

XS
SM
MD
LG