Asiya ölkələrinə ilk səfərinə çıxan Birləşmiş Ştatların dövlət katibi Kondoliza Rays əsas diqqəti Şimali Koreyanı altıtərəfli danışıqlara qaytarmaq səylərinə yönəldəcək. Səfər zamanı xanım Rays Hindistan, Pakistan, Yaponiya, Cənubi Koreya və Çində olacaq. Dövlət katibinin asiyalı həmkarları ilə Hindistan-Pakistan əlaqələri, Əfqanıstanda bərpa səyləri və Çinlə Tayvan arasında münasibətlərdə son zamanlar müşahidə olunan gərginlik məsələlərinin müzakirə edəcəyi gözlənilir. Kondoliza Raysın Tokio, Seul və Pekin görüşlərində əsas diqqətin Şimali Koreyanın nüvə proqramının müzakirəsinə yönəldiləcəyi deyilir.