Accessibility links

Rusiya İsveçi ikili standartlarda günahlandırıb - 2005-03-23


Rusiya Stoqholmu ikili standartlarda günahlandırıb. Çərşənbə günü Rusiya diplomatının maşını yandırıldıqdan sonra İsveçin Rusiyadakı səfiri Con Molander Rusiyanın xarici işlər nazirliyinə çağırılıb. Nazirliyin rəsmilərinin bildirdiyinə görə, Rusiya mümkün terror hücumlarının qarşısının alınması məqsədi ilə İsveçdən təhlükəsizlik tədbirlərinin artırılmasını tələb etmişdi. Lakin rəsmilər İsveçin bu tələbi iqnor etdiyini deyirlər. Xarici işlər naziri deyib ki, bu hücum İsveç Xəbərlər Agentliyinin separatçı Şamil Basayevlə müsahibəsindən bir gün sonra baş vermişdir. Basayev İsveçin Rusiyanı tənqid etməsini bəyəndiyini və yeni terror hücumları həyata keçirəcəyini deyib. Nazir əlavə edib ki, İsveçdə terroristlər özlərini azad hiss edirlər. Rusiyanın Çeçenistandakı əməliyyatlarına etiraz olaraq həyata keçirdiyi bu hücumun məsuliyyətini Qlobal İntifada qrupu öz üzərinə götürüb.

XS
SM
MD
LG