Accessibility links

Terry Şiavo vəfat edi - 2005-03-31


Son bir neçə həftə ərzində Birləşmiş Ştatlarda cərəyan edən böyük siyasi qalmaqalın mərkəzində olan beyni-zədəli Terry Şiavo bu gün 41 yaşında vəfat edib. Xanım Şiavonın ölümü Florida hakiminin qərarına əsasən qidaverici borunun bədəndən çıxarılmasından 13 gün sonra baş verib. Terry Şiavo Florida ştatının Pinellas Park xəstəxanasında vəfat etməzdən əvvəl onun əri və valideynləri Terrynin həyatı ilə bağlı mübahisədə bulunurdular. Mayklın dediyinə görə onun həyat yoldaşı süni vasitələrlə yaşamaq istəməzdi. Qidaverici borunun qaytarılmasını tələb edən Terrinin valideynlərinin iddiaları isə dəfələrlə ştat və federal məhkəmələr tərəfindən rədd edildi. Terrinin ailəsini müşaiyət edən keşiş Frank Pavoun bu hadisəni təkcə ölüm yox, həm də qətl halı kimi qiymətləndirib.

XS
SM
MD
LG