Accessibility links

Roma katolik kilsəsinə yeni başçı seçildi - 2005-04-19


Sistin kilsəsinin borusundan havaya qalxan ağ tüstü 115 kardinalın Roma katolik kilsəsinə yeni başçı seçdiyi demək idi. Müqəddəs Pyotr meydanında toplaşan minlərlə insan seçkini sevinc hissi ilə qarşılayıblar. Baş kardinal Arturo Medina Estevez mərkəzi eyvana çıxıb, latın dilində “habemus papam”, yəni “bizim yeni papamız var” deyə elan edib. Roma papası seçilmiş alman kardinalı Cozef Ratzingerə 16-cı Benedikt adı verilib. Yeni papanın şəhərə çıxıb, şəhər və dünyaya ilk xeyir-dausını verəcəyi gözlənilir.

XS
SM
MD
LG