Accessibility links

Çin və Yaponiya liderləri arasında görüş keçirilib - 2005-04-23


Çin prezidenti Hu Tsintao Yaponiyanı keçmişə ciddi nəzər salmağa çağırıb. Prezident deyib ki, Tokionun müharibə tarixinə münasibəti Çin-Yapon münasibətlərinə xələl gətirə bilər. Bu gün Çakartada Yaponiyanın baş naziri Yuniçiro Koyzumi ilə görüşü zamanı Çin lideri iki ölkə arasında artmaqda olan gərinliyin tez bir zamanda həllinə səsləyib. Çin prezidenti əks tədirdə bunun Asiyada sabitlik və inkişaf proseslərinə təsiri olacağı barədə xəbərdarlıq verib. Danışıqlar barədə açıqlama verərkən Yaponiyanın baş naziri Koyzumi Çin və Yaponiya arasındakı dost münasibətlərinin regional və beynəlxalq əhəmiyyətini vurğulamışdır. Qeyd edək ki, Çində Yaponiya əleyhinə etiraz aksiyalarndan sonra bu iki ölkə liderinin ilk görüşü idi.

XS
SM
MD
LG