Accessibility links

İsrail-Fələstin atəşkəsinə riayət edilmir - 2005-05-02


Bu gün İordan çayının qərb sahilindəki atışma zamanı bir İsrail əsgəri və birFələstin militantının öldürüldüyü xəbər verilir. Beləliklə, militantlar və ordu arasındakı atəşkəsin şərtlərinin pozulması davam edir. İsrail ordusunun bildirdiyinə görə, qarşıdurma bu gün qüvvələrin Tükərm yaxınlığında militantların mövqelərinin yoxlanışı vaxtı baş vermişdi. Bu gün İsrail kabineti İordan çayının qərb sahilində yerləşən İsrail kollecinin adını universitetə dəyişib. Baş nazir Ariyel Şaron bildirib ki, bu,İsrailin İordan çayının qərb sahilindəki məskunlaşmasının dərinləşməsi məqsədi daşıyır. Qeyd edək ki, İsrail beynəxalq ictimaiyyətin dəstəklədiyi “yol xəritəsi” planına zidd olaraq, İordan çayının qərb sahilində inşaat işlərini davam etdirir.

XS
SM
MD
LG