Almaniya Kansleri Gerhard Şroyder bu gün Ankarada Türkiyənin baş naziri Rəcəb Təyyub Ərdoğanla keçirdiyi birgə mətbuat konfransında Türkiyəni oktyabr ayında Avropa Birliyi ilə quruma üzvlüklə bağlı danışıqlardan əvvəl əsaslı islahatlar həyata keçirməyə çağırıb. Cənab Şroyder eyni zamanda, Türkiyənin Kipr də daxil olmaqla, birliyin yeni on üzvü ilə gömrük birliyi haqda müqaviləni imzalamasını istədiyini bəyan etmişdir. Avropa Birliyinin bəzi üzvləri bununla Türkiyənin Kiprin Yunan tərəfini de facto tanıması kimi qiymətləndiriləcəyini irəli sürsələr də, Ankara hökuməti bu mövge ilə razılaşmır. Almaniya kansleri soyqırım iddialarının araşdırılması üçün Ermənistanla birgə komissiya təşkil edilməsi haqda Türkiyənin təklifinə dəstəyini ifadə edib. Cənab Şroyder daha sonra İstanbulda Mərmərə Universitetində çıxışında Türkiyəni azlıqda olan xalqlar və qadın hüquqlarını, habelə, söz və dini azadlıqları daha da genişlədilməyə çağırıb.