Accessibility links

Prezident Buş Latın Amerikası ölkələrilə azad ticarət haqda müqavilənin təsdiqinə çağırır - 2005-05-12


Ağ Evdə Latın Amerikasının altı ölkəsinin liderilə görüən prezident Buş deyib ki, azad ticarət haqda müqavilə qərb yarımkürəsində təhlükəsizlik və tərəqqinin yüksəlməsinə xidmət edəcək. CAFT adlanan bu müqavilə Amerika Birləşmiş Ştatları, Dominikan Respublikası, Kosta Rika, Salvador, Qvatemala, Nikaraqua və Honduras arasında tariflər və idxal məhdudiyyətlərinin çoxunun aradan qaldırılmasını nəzərdə tutur. Konqres qızğın mübahisələrə səbəb olmuş müqavilənin təsdiq edilməsilə bağlı səsverməni qarşıdan gələn həftələrin birində keçirməlidir. Müqavilənin tərəfdarları onun Latın Amerikası ölkələrində yüksək tariflər qoyulan Amerika ixrac malları üçün əlverişli olduğunu deyir. Müqaiənin əleyhdarları isə bildirir ki, CAFTA yalnız trans-milli korporasiyalar üçün yaxşıdır və əmək və ətraf mühutin qorunması standartlarını aşağı sala bilər.

XS
SM
MD
LG