Accessibility links

İsrail qüvvələri bir Fələstin militantını öldürüb - 2005-05-20


İsrail qüvvələri bu gün erkən Qəzza zolağında bir Fələstin militantını qətlə yetiriblər. Ordu rəsmilərinin dediyinə görə üç Fələstinli Qəzza zolağında yerləşən Kfar Darom məntəqəsi yaxınlığındakı boş binadan İsrail əsgərlərinə mərmi və kiçik çaplı silah atəşləri açmışdır. Cavab atəşi qaytaran İsrail qüvvələri bir Fələstinlini öldürmüş, yerdə qalan ikisi isə hadisə yerindən qaçmışlar. Militant qruşplaşmaları olan Hamas, Xalq Müqvimət Komitəsi və Əl-Aqsa Şəhidlər Briqadası yəhudi məntəqəsinə daxil olmağa çalışdıqlarını etiraf ediblər.

XS
SM
MD
LG