Accessibility links

Həmid Karzayın tərəfdarları qətlə yetirilir - 2005-05-29


Əfqanıstanın Qəndəhar şəhərinin rəsmiləri deyirlər ki, iki naməlum silahlı şəxs şəhərin ruhanisi Molla Əbdül Fayazı idarəsinin yaxınlığında qətlə yetiriblər. Bu əməliyyatın məsuliyyətini hələlik heç kim üzərinə götürməyib. Fransa Xəbərlər Agentliyi hakimiyyətdən kənar edilən taliban nümayəndəsinə istinadən bildirib ki, Molla Fayaz talibanlara qarşı olduğu üçün qətlə layiq idi. Cənab Fayaz prezident Həmid Karzayın hakimiyyətini dəstəkləyirdi. O, Əfqanıstanın bütün məntəqələrindən gələn ruhanilərin yığıncaqlarında talebanları ittiham etmiş və xalqı prezident Həmid Karzay hökumətini dəstəkləməyə çağırmışdır. Talibanlar prezident Həmid Karzayın hökumətinə qarşı müqəddəs müharuibə elan ediblər.

XS
SM
MD
LG