Accessibility links

Ekspertlər Azərbaycan hökumətini əhalinin zəif təbəqəsinin müdafiəsinə çağırır


Azərbaycan Demokratik İslahatlar partiyası əsas neft məhsullarının və kommunal xidmətlərin qiymətlərinin artırılması və sosial nəticələr mövzusunda müzakirələr keçirib. Tədbirdə iqtidar nümayəndələri, müstəqil təhlilçilər və bir sıra xarici ölkə səfirliklərinin nümayəndələri iştirak edib.

Demokratik İslahatlar partiyasının sədr müavini İnqilab Əhmədov hökumətin qimyətlərin kəsikn qadırılması ilə bağlı siyasətini tənqid edib və əhalinin zəif təbəqəsinin müdafiəsi üçün təcili tədbirlər görməyə çağırıb. O hesab edir ki, ötən ildən başlayaraq hökumət iqtisadiyyatın idarə edilməsində inzibati metodlara üstünlük verir.

Cənab Əhmədov Azərbaycanda enerji daşıyıcılarının maya dəyərinin çox yuxarı olduğunu bildirib. O, eyni zamanda qiymət artımının törətdiyi psixoloji və siyasi amillərdən də danışıb. Sədr müavininin sözlərinə görə, əhali dəyişikliklərə inanmır, çünki şəffaflıq çox azdır. İnqilab Əhmədov hesab edir ki, hökumətin qimyət siyasəti həm də 2008-ci ildə keçiriləcək prezident seskilərinə hesablanıb. Onun fikrincə, hökumət düşünür ki, bu ilin birinci yarısında insanlar qiymət artımını unudacaq, ilin ikinci yarasında isə onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində tədbirlər görüləcək.

Ekspertlər qiymətlərin kəsikn artımının kənd təsərrüfatına çox ciddi zərər vuracağını bildirib. Onların fikrincə, aqrar sektora güzəştlər tətbiq edilməsə vəziyyət acınacaqlı olacaq. YAP İcra katibinin müavini, deputat Mübariz Qurbanlı qiymət artımını hökumətin düşünülmüş addımı adalandırıb. Maraqlı olsa da o hesab edir ki, qiymətlərin kəskin artımı vətəndaşların sosial vəziyyətinin yaxışalşmasına xidmət edir.

Cənab Qurbanlı müxalifətin vəziyyətdən istifadə edərək təbliğat kampaniyasına başlamasını və əhalinin aztəminatlı hissəsini öz tərəifnə çəkmə itsəyini arzuolnumaz hesab edir. Baş nazirin keçmiş müavini, deputat Vahid Əhmədov hökumətin qiymət siyasətini gözlənilməz və nəticəsi proqnozlaşdırılmayan addım adlandırıb. Onun fikrincə, əhalinin artan qiymətləri ödəməyə imkanı yoxdur, bu əlavə rüşvət və korrupsiya mənbəyinə çevriləcək.

Cənab Əhmədov hesab edir ki, hökumətin qiymət artamına paralel maaş və pensiyaların artımı istiqamətində addımı daha ağır nəticələrə gətirib çıxara bilər. Bazara əlavə pulların daxil olması infilyasiyanın səviyyəisni daha da qadırar. Deputat həmçinin əhalinin yeni qiymət artımının ağırlığını fevral ayından hiss edəcəyini proqnozlaşdırır.

Enerji məsələləri üzrə ekspert İlham Şaban hökukmətin enerji siyasətini dözülməz qiymətləndirir. Onun sözlərinə görə, dövlət rəhbərləri dünya standartlarından danışır və dünyada vahid standart yoxdur, hər ölkənin öz standartı var. Azərbaycanın isə dünya standartı adı altında təriflədiyi layihələr əhali üçün məqbul deyil. Ekspert hökumətin qiymət artımı ilə deyil itkilərin və korrupsiyanın qarşısını almaqla daha çox vəsait əldə edə biləcəyini diqqətə çatdırıb. Onun fikrincə, qiymət artımı ən asan yoldur.

Reportajı audio-formatda dinləyin

XS
SM
MD
LG