Accessibility links

ATƏT-in sədri və Minsk Qrupunun həmsədrləri Azərbaycana gələcək


Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Gürcüstan tərəfinin David Kareçi monastrının yerləşdiyi ərazinin Gürcüstana verilməsi ilə bağıl bəyanatını təkzib edib. Onun sözlərinə görə, delimitasiya komisisyları sərhəddin dəqiqləşdirilməsi ilə bağlı danışıqları davam etdirir. Nazir Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə nizamlanmasına dair danışıqların son məqamları ilə bağlı da danışıb. « ATƏT-in Minsk Qrupunun həmsədrləri mayın 25-də Bakıya gələcəklər. İyunun 4-də isə ATƏT-in fəaliyyətdə olan sədri, İspaniyanın xarici işlər naziri Migel Anhel Moratinos Bakıya səfər edəcək. Bundan sonra iyunun 5-6-da yenidən Minsk Qrupunun həmsədrlərinin regiona səfəri gözlənilir». O, Azərbaycan və Ermənistan prezidentlərinin görüşünün olub-olmayacağının müzakirələrin nəticəsindən asılı olacağını bildirib. Nazir münaqişənin nizamlanmasının danışıqları yolu ilə həllinə tərəfdar olduğunu vurğulayıb. "Mən xarici işlər naziri kimi münaqişənin danışıqlar yolu ilə nizamlanmasına tərəfdaram. Danışıqlar aparıram və davam etdirəcəm. Hansı nəticəyə gələcəyimizi demək hələ tezdir. Ancaq gərək müzakirələri davam etdirək». O Ermənistanda keçirilən parlament seçkilərinin nəticələrinin danışıqlar prosesinə o qədər də təsir etməyəcəyi fikrindədir. Cənab Məmmədyarov Azərbaycan-ABŞ təhlükəsizlik sahəsində ikitərəfli məsləhətləşmələrinin baş tutacağını deyib. ABŞ tərəfi məsləhətləşmələrin iyulun 9-10-da Vaşinqtonda keçiriləcəyini bəyan etsə də Azərbaycan xarici işlər naziri hələ vaxtın dəqiqləşdirilmədiyini bildirib.
XS
SM
MD
LG