Accessibility links

ATƏT-in Minsk Qrupunun həmsədrləri Ermənistan və Azərbaycan arasında danışıqların bərpasına çalışır


ATƏT-in Minsk Qrupunun həmsədrlərinin regiona səfəri başlayıb. Həmsədrlər bu gün Azərbaycanda, sabah Ermənisitanda görüşlər keirəcək, sonra isə Dağlıq Qrabağa gedəcək. Azərbaycanda həmsədrlər ölkə prezidenti və xarici işlər naziri ilə görüşüb. Görüşdən sonra keçirilən mətbuat konfransında Amerikalı həmsədr Metyu Brayza bildirib ki, səfərin əsas məqsədi tərəflər arasında əlaqələri bərpa etməkdir.«Təmsil etdiyimiz dölətlərin xarici işlər nazirlərinin müavinləri tərəflərlə çox intensiv iş aparıb və beş aylıq fasilədən sonra vasaitçilərin fəaliyyətində canlanma yaranıb». Rusiyala həmsədr Yuri Merzlyakov sabah Yerevanda keçircəkləri görüşdən sonra iki ölkə xarici işlər nazirlərinin növbəti görüşü barədə məlumat verəcəklərini deyib. «XİN-nin görüşündən sonra isə prezidentlərinin görüşünün vaxtı və yeri bəlli olacaq». Fransalı həmsədr Bernar Fasye Azərbaycan prezidenti ilə görüşün açıq ab-havada keçdiyini xatırladıb. Belə müzakirələr münaqişənin həllinə dair prisniplərin axtarışında kömək edir. «Hazırda çətinliklər qalır. Çətinlikləri aradan qaldırmaq müşkül məsələdir. Gələcək həftələrdə həmsədrlər çətinlikləri həll etməli, qarşılıqlı razılığa nail olmalıdır. Çox çətin şəraitdə fəaliyyət göstəririk. Vaşinqton, Paris və Moskva münaqişənin hərbi yolunu görmür və qəbul etmir». Amerikalı həmsədr Metyu Brayza Amerikanın səsi radiosunun sualının cavabında danışıqların səmimiliynə inandığını bildirib. «Minsk Qrupunun həmsədrləri də məsələnin çox həssas olduğunu aşkar edib. Bu dilemanın çox rahat və çox bəsit həlli yolu yoxdur. Əsas prinsiplər bir növ təkliflər toplumu yaradır ki, bunun özü də çox mürəkkəb məsələdir. Prezidentlərin təklifləri qəbul edib-etməməsini isə bir növ həmin ölkənin fundamental prispiplərinə aid etmək olmaz. Bu təkliflər çox mürəkkəb məsələdir». Rusiyalı həmsədr isə Azərbaycanın Kəlbəcər və Laçın rayonlarının qaytarılması məsələsi ilə bağlı Amerikanın səsi radiosunun sualının cavabında məsələnin hazırda iki ölkə xarici işlər nazirlərinin müzakirəsində olduğunu bildirmkələ bir növ problemin həllinin açıq qaldığına işarə edib.
XS
SM
MD
LG