Accessibility links

ABŞ səfiri Bakıda internat məktəbə humanitar yardım təqdim edib   


ABŞ səfiri Rino Harniş Bakının Mərdəkan qəsəbəsində yerləşən 3 saylı İnternat məktəbinə humanitar yardım təqdim edib. ABŞ qoşunlarının Almaniyanın Ştutqart şəhərində yerləşən Avropa Komandanlığı və onun tərəfdaşının yardımı iki avtomobildən, 1 mikroavtobusdan, 10 velosipeddən, çoxsaylı mebel, yataq dəstlərindən, xüsusi arabalardan, dərmanlardan və məktəbin təmirindən ibarətdir. Səfir Rino Harniş bildirib ki, ABŞ internat məktəbə yardımını bundan sonra da davam etdirəcək. «Ümid edirəm ki, yeni avadanlıqlar, mebellər və oyuncaqlar xoşunuza gələcək. ABŞ bundan çonra da Sizinlə əməkdaşlığını davam etdirəcək». Azərbaycanın əmək və əhalinin soial müdafiəsi nazirinin müavini İlqar Rəhimov köməyə görə, Amerika hökusmətinə minnətdarlıq bildirib. İnternatda 134 nəfər əqli və fiziki cəhətdən sağlam olmayan uşaqlar qalır. Bura onlarıvn həm evləri, həm də təlim-tərbiyə mərkəzidir. ABŞ-ın yardımından sonra məktəbdə vəziyyət bir qədər yaxılaşsa da, xəstə uşaqlara bu da bəs etmir. Çünki binanın ümumi vəziyyəti ürəkaçan deyil, tədris və təlim materialları illərin köhnəsidir. İnternat evinin direktoru Taleh Məməmdov da Amerikanın səsi radiosuna problemlərin qaldığını təsdiqləyib. Fiziki və əqli cəhətdən sağlam olmayan uşaqların təlim tərbiyəsi ilə məşğul olan müəllimlərin əmək haqları çox aşağıdır. Hər uşağın təlim tərbiyəsi ayrıca xüsusi qayğı tələb etdiyindən onların işləri adi müəllimlərdən dəfələrlə çoxdur. Tərbiyəçi Aygün Məmmədova bu fikirdədir. Baş həkim İlhamə Səmədovanın sözlərinə görə, hökumət daim uşaqların qayğısına qalır. Ancaq bəzi hallarda xəstə uşaqlar laborotor analizlər və müalicələr üçün klinikalara aparılır. Bir də uşaqlar daimi dərman qəbul etdiyindən, onlarda dərmana hərislik çoxalır.
XS
SM
MD
LG