Accessibility links

Bakıda Xəzər və Qara dəniz regionunun neft-qazının Avropaya nəqlinə dair çoxtərəfli iclas keçirilib


AzərTAC agentliyinin məlumatına görə, Bakıda Sənaye və Energetika Nazirliyində Xəzər dənizi və Qara dəniz regionunun neft-qaz yataqlarının istismarı və Avropaya nəqli məsələsinə həsr olunmuş çoxtərəfli iclas keçirilib. Sənaye və energetika naziri Natiq Əliyev, Gürcüstanın, Qazaxıstanın müvafiq strukturlarının təmsilçiləri və Avropa İttifaqının nümayəndələrinin çıxışlarında Azərbaycan ilə Gürcüstan arasında qaz və elektrik enerjisi şəbəkəsinin bərpası, Azərbaycanda yeni qazsaxlama anbarlarının və kompressor stansiyasının tikintisi, Türkmənistan qazının Qazaxıstan vasitəsilə maye qaz formasında tankerlərlə Bakıya nəqli, Transxəzər qaz layihəsinin həyata keçirilməsinin əlverişliliyi, regionda mövcud qaz ehtiyatları barədə məlumatların əldə edilməsi və nəql ediləcək qazın Avropa bazarlarına çıxışının təhlükəsiz təmin edilməsi məsələləri müzakirə olunub. Agentilk bildirir ki, tədbirdə həmçinin Transxəzər qaz kəməri layihəsinin həyata keçirilməsinə, Qazaxıstan, Türkmənistan, hətta Özbəkistanın da qoşulması ilə ya sualtı kəmər, ya da digər yollarla Azərbaycan ərazisindən Gürcüstana və oradan da Avropaya nəqli yollarına xüsusi diqqət yetirilib. Avropa İttifaqının nümayəndələri qurumun bu layihənin maliyyələşdirilməsində maraqlı olduğunu və maliyyə dəstəyi göstərmək üçün bütün imkanlarından istifadə edəcəklərini deyib.
XS
SM
MD
LG