Accessibility links

Avropa Şurası Azərbaycanı referendumu təxirə salmağa çağırıb


Avropa Şurası Yerli Hakimiyyətlər Konqresinin Bürosu bazar ertəsi rəsmi Bakını martın 18-də Azərbaycan Konstitusiyasına dəyişikliklər haqda referendumu təxirə salmağa çağırıb. Bu çağırış bazar ertəsi Konqresin Bürosunun bəyanatında səslənib. Bununla yanaşı Venesiya komissiyasının və yerli özünüidarəetmə haqda Avropa xartiyasının mövqeyinə istinad edilir.
Konqresin Bürosu qurumun prezidenti Jan Mihayelin fevralin 5-də səsləndirdiyi bəyanatı xatırladır. O, Azərbaycan Konstitusiyasının 146-cı maddəsinə təklif edilən dəyişikliklər və onun Azərbaycan tərəfindən 2002-ci ildə imzalanmış yerli özünüidarəetmə haqda Avropa xartiyasının müddəaları ilə mümkün ziddiyyətlə əlaqədar baş nazir Artur Rəsizadəyə narahatçılığını bildirmişdir.
Bəyanatda deyilir ki, 146-cı maddəyə təklif edilən dəyişikliklər hökumət tərəfindən bələdiyyələrin fəaliyyətinə nəzarəti nəzərdə tutur ki, bu da ciddi narahatçılıq və problemlər yaradır. Eyni zamanda, Büro referendumu təxirə salmağı və təklif edilən düzəlişlər barədə Venesiya komissiyasının mövqeyini gözləməyi təklif edir.


XS
SM
MD
LG