Accessibility links

Azərbaycanda avtomobil bazarı şəffaf deyil


Nəqliyyatçıların ümumazərbaycan ictimai birliyinin sədri Natiq Ələkbərov Azərbaycanın avtomobil bazarının şəffaf olmadığını bildirir. Onun sözlərinə görə, avtomobillərin real bazar qiymətləri ilə onların vergi ödəmələri arasında böyük fərq var. Belə ki, avtomobillər real satış qiymətindən bəzən bir neçə dəfə aşağı qiymətə rəsmiləşdirilir. Bu isə real qiymətdən az vergi ödəmələrinə səbəb olur. Ekspert hesab edir ki, ölkəyə Avropa ölkələrindən istismar müddətini başa vurmuş avtomobillər gətirilir və alış qiymətlərindən dəfələrlə baha qiymətə satılır. Köhnə maşınların çoxluq təşkil etməsi isə ətraf mühitin ciddi çirklənməsinə səbəb olur.
XS
SM
MD
LG