Accessibility links

Bu il Babək qalasına yürüş daha möhtəşəm olacaq


İranda yaşayan azərbaycanlılar milli qəhrəman Babək Xürrəmdinin ad günü münasibəti ilə Babək qalasına yürüşə başlayacaq. Dünya Azərbaycan Konqresinin həmsədri Sabir Rüstəmxanlı hesab edir ki, bu il problemli prezident seçkilərindən sonra insanlar azadlıq carçısı Babəki daha çox anacaq. Çünki azadlıqlar boğulan ölkədə insanlar daha çox azadlığa can atır. Onun fikrincə, xalq qəhrəmanı Babək 20 il dini xürafata qarşı mübarizə aparıb, ancaq dini dövlətdə bu insana xüsusi ehtiram var. İnsanlar Babək qalasını ziyarət etməklə sanki azadlıq eşqinə qovuşur.
Cənab Rüstəmxanlının sözlərinə görə, Babəkin ad günündə Azərbaycan Respublikasında da dağ zirvələrinə yürüşlər olur. “Bu il yürüşümüz İranla sərhəddə yerləşən zirvələrdən birinə olacaq. Bizim yürüşümüzü İrandakı soydaşlarımız da müşahidə edə biləcək”.

XS
SM
MD
LG