Accessibility links

Azərbaycan 2010-cu ildə beş «Boeing»  təyyarəsi alacaq


Bu gün “Azərbaycan Hava Yolları” Dövlət Konserni və “Boeing” konserni 250 sərnişin tutan 3 “Boeing 787-8”, 180 sərnişin tutan 2 “Boeing 737-900 ER” təyyarələrinin alınması barədə saziş imzalayıb. «Turan» Agentilyinin məlumatına görə, sazişi “Azal” Dövlət Konserninin baş direktoru Cahangir Əsgərov və ABŞ-ın “Boinq-Mülki aviasiya təyyarələri” şirkətinin prezidenti və baş icraçı direktoru Skott Karson imzalayıb. Cahangir Əsgərov bildirib ki, bu müstəqillik dövründə Azərbaycanın qeyri-neft sektorunda 401 milyon dollar məbləğindəolan ən iri sazişidir. Skott Karson deyib ki, Azərbaycan sərnişinlərin və yüklərin daşınması üçün ən əlverişli ölkədir və bu təyyarələr onun intensiv iqtisadi inkişafına sanballı töhfə verəcək. Müqavilənin şərtlərinə görə, Amerika tərəfindən zəmanətçi “Eksimabank”, Azərbaycan tərəfindən isə Nazirlər Kabineti çıxış edib. Azərbaycan aviatorları bu təyyarələri 2010-cu ildə alacaq. “Boeing 787-8” təyyarələrinin istehsalına 2007-ci ildə başlanılacaq. Azərbaycan Avropa və MDB ölkələri arasında bu müasir avialaynerləri alan ilk ölkə olacaq.
XS
SM
MD
LG