Accessibility links

Azərbaycanda əhalinin hər 100 min nəfərinə 206 cinayət faktı düşür


Azərbaycanın daxili işlər orqanları əvvəlki illərdə olduğu kimi, hesabat dövründə də üzərinə düşən vəzifələri layiqincə yerinə yetirib, vətəndaşların əmin amanlıq şəraitində yaşaması üçün sabitlik və asayiş etibarlı şəkildə qorunub. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov "2005-ci ildə cinayətkarlığa qarşı mübarizə və onun nəticələri"nə mövzusuna həsr olunmuş kollegiyada bildirib. Nazir bildirib ki, ötən il yeni obyektlərin tikintisinə və yenidən qurulmasına 23,4 milyard manat xərclənib. "2005-ci ildə 17,3 milyard manat balans dəyəri olan 12 obyekt istismara verilib. Miqrasiya xidmətinin inzibati binası, xüsusi sığınacağın və bir hərbi hissənin tikintisi davam etdirilir". R.Usubovun sözlərinə görə, ötən il nazirliyin struturunda miqrasiya xidməti, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində Korrupsiya Cinayətləri üzrə Əməliyyat-Axtarşı Tədbirləri idarəsi, habelə Əli-Bayramlı, Göyçay və Bərdə rayonlarında Pasport, Qeydiyyat idarəsinin yeni regional şöbələri yaradılıb. "Eyni zamanda, nazirlikdə "qaynar xətt", internet saytı açılıb". O bildirib ki, nazirliyə edilən müraciətlərin sayı ötən il 30,7 faiz artaraq 25.728 çatıb."Müraciətlərin yalnız 1518 polis əməkdaşlarından olan şikayətlərdir. Nazirliyin rəhbərliyi isə mərkəzi aparatda və yerlərdə 301 vətəndaşı qəbul edib". Nazirin dediyinə görə, 2005-ci ildə 446 min ümumvətəndaşlıq pasportu və 2,8 milyon şəxsiyyət vəsiqəsi verilib. "Bu isə 2004-cü illə müqaisədə 310 min pasport, 2 milyon şəxsiyyət vəsiqəsi çoxdur. Sənədlərə görə, ötən il dövlət büdcəsinə 175 milyard manat rüsum ödənilib". R.Usubov bildirib ki, 2005-ci ildə neft və qaz sənayesi obyektlərindən əmlakın, avadanlığın və boruların oğurlanması ilə əlaqədar 56 fakt üzrə cinayət cinayət işi başlayıb, 59 nəfər cinayət məsuliyyətinə cəlb olunub. Nazirin sözlərinə görə, ötən il ölkədə 17.243 cinayət qeydə alınıb. "Əhalinin hər 100 min nəfərinə düşən cinayətlərin sayı 206 fakt olub. Bu da MDB-də ən yaxşı göstəricidir. Qəsdən adam öldürmə 4,5, quldurluq 3,5, hədə-qorxu ilə tələb etmə 21,3 faiz azalıb. Bununla yanaşı, döymə hadisələri, oğurluqlar artıb, narkotik vasitələrin qansuz dövriyyəsi və insan alveri ilə əlaqədar daha çox cinayət aşkar edilib. Daxili işlər və prokurorluq orqanlarında istintaq edilən cinayətlərin 92,3 faizinin açılması təmin edilib". R.Usubov bildirib ki, axtarışda olan 4531 nəfər, o cümlədən MDB və digər xarici ölkələrdə gizlənmiş 252 nəfər müəyyən edilərək tutulub."Keçmiş illərdən bağlı qalmış 245, o cümlədən 101 ağır və xüsusilə ağır cinayət açılıb". General-polkovnik əməliyyat tədbirləri və istintaq nəticəsində ötən il 2090 cinayət törətmiş 4087 nəfərdən ibarət 1506 cinayətkar dəstə və qrupun fəaliyyətinə son qoyuldğunu vurğulayıb. "1999-2000-ci illərdə paytaxtda "Zümrüd" və "Markiz" qızıl məmulatları mağazalarına silahlı basqın edərək polis əməkdaşlarını qətlə yetirmiş Xosrov və Nasir Əfəndiyev qardaşlarının başçılıq etdiyi mütəşəkkil cinayətkar dəstə və "Quli" ləqəbi ilə tanınan Qobustan cəzaçəkmə müəssisəsində saxlanan Nadir Səlifovun azadlıqda olan şəxslərdən ibarət mütəşəkkil cinayətkar dəstə yaradaraq uzun illər Bakı şəhərində çoxsaylı cinayətlər törədilməsinə başçılıq etməsi müəyyən edilərək dəstənin üzvləri cinayət məsuliyyətinə cəlb olunub". Nazir 2005-ci ildə polis tərəfindən qanunsuz saxlanan 1336 odlu silah və 143 min patron götürüldüyünü bildirib. "Ötən il odlu silahdan törədilən cinayətlərin sayı 5,9, ictimai yerlərdə isə 5 faiz azalıb". R.Usubov saxta pul, qiymətli kağızlar və ödəniş sənədlərinin qanunsuz dövriyyəsi ilə bağlı 15 fakt üzrə 9 nəfərin müəyyən edildiyini deyib. "Saxta üsulla düzəldilmiş 139 ədəd 100 və 5 ədəd 50 ABŞ dolları nominalı, 79 ədəd 50 min, 53 ədəd 10 min manatlıq əskinaslar götürülüb". General-polkovnikin sözlərinə görə, ötən il insan alveri ilə bağlı 159 cinayət faktı aşkarlanıb və 153 nəfər məsuliyyətə cəlb olunub. "İnsan alveri qurbanlarını qazanc məqsədilə əxlaqsızlıq əməllərinə sövq edən 13 mütəşəkkil cinayəkar qrup ifşa olunub, cinayətlərin qurbanı olmuş 231 nəfər müəyyən edilib". Nazir narkotik vasitələrin külli miqdarda satışı ilə məşğul olan 244 cinayətin aşkar edildiyni və 146 nəfərin (16 nəfər xarici vətəndaş) məsuliyyətə cəlb olunduğunu bildirib. "Qanunsuz dövriyyədən 245 kiloqram narkotik maddə götürülüb, 513 tona yaxın narkotik tərkibli bitki yaşıl kütlə halında məhv edilib. Narkotiklərin satışı ilə bağlı 740 fakt aşkar edilib, 65 nəfərdən ibarət isə 28 qrup ifşa edilib". R.Usubovun dediyinə görə, yol hərəkətinə nəzarət prosesində 487 min qaydapozma aşkar edilib. "Ötən il 3.179 yol-nəqliyyat hadisəsi qeydə alınıb, nəticədə 1065 nəfər həlak olub, 3668 nəfər yaralanıb."Hadisələrin yarıdan çoxu Bakının payına düşür". Onun sözlərinə görə, yol-nəqliyyat hadisələrinin 43 faizi sürət həddinin aşılması, 21 faizi ötmə qaydalarının pozulması, 8,2 faizi yol ayrıclarını keçmə qaydalarının pozulmasından irəli gəlir. Yol nəqliyyat hadislərinin 46,1 faizini piyadaların vurulması təşkil edir". Nazir bildirib ki, cinayətlərin subyektinə görə təlili aparılıb. "Müəyyən edilib ki, ötən il baş vermiş 17.243 cinayət hadisəsi üzrə 17 mindən çox şəxs müəyyən edilib və onların 77,5 faizi cinayət məsuliyyətinə cəlb olunub. Həmin şəxslərin 32,6 faizi gənclər, 14,6 faizi qadınlar və 3,2 faizi yetkinlik yaşına çatmayanlardır". R.Usubov bildirib ki, daxili işlər orqanlarında aparılan istintaqların sayı 7 faiz artıb. "Aparılan 14.315 cinayət üzrə vurulmuş 24 milyard 428 milyon manat maddi ziyanın istintaq zamanı 64,7 faizinin ödənilməsi təmin edilib". Nazir bir sıra rayon polis şöbələrini tənqidə məruz qoyub. Onun sözlərinə görə, quldurluq faktı 3,5 faiz azalsa da, onun açılması Binəqədi, Nəsimi, Nizami (Gəncə) rayonları üzrə 27-50 faiz, Mingəçevir şəhəri, Sabunçu rayonu üzrə bu cinyaətlər artmaqla yanaşı açılması 25 və 54 faiz təşkil edib. "Oğurluqların sayı 21,2 faiz artmaqla yanaşı açılması 2004-ci illə müqaisədə 8,2 faiz az olub". O ölümlə nəticələnən yol-nəqliyyat hadislərinin 35 artıdığını isə xüsusi qeyd edib. «Rolis Nardaran qəsəbəsində xidməti vəzifəsini yerinə yetirərkən qətlə yetirilib. Faktla bağlı prokurorluq cinayət işi başlayıb, istintaq gedir. Bu cinayəti törədən və cinayəçtdə əli olan bütün şəxslər müəyyən ediləcək. Onların hamısı törətdikləri əmələ görə qanun qarşısında cavab verəcək». Bu barədə bu gün daxili işlər naziri Ramil Usubov yanvarın 24-də Naradaran qəsəbəsində baş verən qanlı olayla bağlı suala cavab verərkən bildirib. Onun sözlərinə görə, baş vermiş hadisə ilə bağlı müxalifət mətbuatı bəzən qeyri-obyektiv məlumatlar yayır. "Polisin ünvanına və xüsusən şəhid olmuş polis əməkdaşlırının ünvanına böhtan dolu fikirlər səsləndirilir. Guya onlar sərxoş olublar və kəndə özbaşına gəliblər. Polis öz vəzifə və dövləti borcunu yerinə yetirərək Naradaran kəndinə gedib. Burada cinayətə məruz qalıb". Nazir hesab edir ki, cinayəti törədənlərlə bütün nardaranlıları qarışdırmaq düzgün deyil. "Bəzi KİV yazır ki, guya polis nardaranlılara qarşı xüsusi qəddarlıq göstərir, cəza tədbiri görmək istəyir. Bu qəti belə deyil. Nardaran camaatı öz vətəndaşlıq məsuliyyətini başa düşən, cinayətə meyli olmayan insanlardır. Hər yerdə olduğu kimi Nardaranda da cinayətə meylli insanlar var. Belə insanlar polisin Naradarana gəlməsini istəmir. Məlumatımıza görə, orada ayrı-ayrı insanlar var ki, həyətlərində narkotik maddə əkib-becərir, silah gəzdidirir, kənd camaatını qorxu altında saxlayır. Nardaranı polisin, hüquq-mühafizə orqanlarının nəzarətində olmayan kənar bir yerə çevirmək isətyir. Ancaq bu düşncə ilə yaşayanlar böyük səhv edir. Ölkənin hər yerinədə olduğu kimi Nardaran da Azərbaycan Respublikasının qanunları fəaliyyətdədir. Cinayətə meyl edənlərin qarşısı qətiyyətlə alınacaq". Nazir hadisə zaman yaralanmış kənd sakinlərinin hazırda müalicə olunduğunu bildirib."Yaralılar sağaldıqdan sonra cinayət məsuliyyətinə cəlb olunacaq. Cinayətdə iştirak edənlərin hamısı cəzasını alacaq".
XS
SM
MD
LG