Accessibility links

2009-cu ilin birinci rübündə Azərbaycan Neft Fondunun aktivləri  3% azalıb


Dünyada neftin qiymətindəki dəyişmələrlə əlaqədar Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlər bu ilin birinci rübündə 3% azalıb.
"Hesabat dövründə Fondun gəlirləri 1,35 mlrd manat, xərcləri 1,4 mlrd manat təşkil edib. 1 aprel üçün aktivlərin həcmi $10,86 mlrd və ya 8,72 mlrd manat ekvivalenti olub", - deyə ARDNF prezidenti Şahmar Mövsümov bildirib.
Onun dediyinə görə, bu dövrdə ixrac olunan Azərbaycan neftinin orta qiyməti proqnozlaşdırılan $70 əvəzinə $50-dən bir qədər artıq olub”.
Cənab Mövsümov hesab edir ki, fond özünün əsas vəzifəsi - aktivlərin qorunması işinin öhdəsindən gələcək. "2009-cu ilin yekununa görə, aktivlərimiz ən azı azalmayacaq. İstehsal və neft ixracı həcmi artır, ilin sonu üçün güman edirəm ki, qiymət də artacaq", - deyə o bildirib.
Yanvar-mart aylarında ARDNF-a daxil olmaların əsas həcmi - 1274,5 mln manat və ya 94,5%-i neftin ixracı və tranziti hesabına təmin edilib. Fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlər 74,7 mln manat təşkil edib. Xərclərin strukturunda 1,33 mlrd manat dövlət büdcəsinə transfertlərin, 58,7 mln manat infrastruktur layihələrinin payına düşüb. Aktivlərin valyuta məzənnəsinin fərqinə görə büdcədən kənar itkilər təqribən 215,8 mln manat təşkil edib.

XS
SM
MD
LG