Accessibility links

Cənubi Azərbaycan Beynəlxalq Forumu İranda insan hüquqlarının kütləvi pozulduğunu bildirir


Cənubi Azərbaycan Beynəlxalq Forumunun rəhbəri Etibar Məmmədov İranda insan hüquqlarının kütləvi pozuntusunun davam etdiyini bildirb. Onun sözlərinə görə, ötən ilin mayında azərbaycanlıların milli hüquqları uğrunda etirazlarından sonra kütləvi həbslər aparılıb və insanlara qarşı mənəvi, psixoloji təzyiqlər hələ də davam edir.

Cənab Məmmədov Abbas Lisaninin aclıq aksiyasına xüsusi diqqət ayırıb. Onun fikrincə, A.Lisani dünya ictimaiyyətinin və beynəlxalq təşkilatarın diqqətini İranda yaşayan azərbaycanlıların hüquqlarının müdafiəsinə yönəldib.

XS
SM
MD
LG