Accessibility links

Güney Azərbaycan Milli Oyanış Hərəkatının fəalı İrana deportasiya olunub


Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) ötən həftə saxlanan fəalı Hadi Musəvi dünən axşam Tehran aviareysi ilə İrana deportasiya olunub. Bu barədə Turana GAMOH-un Bakı bürosu məlumat yayıb. Xəbərdə deyilir ki, cənab MusəviBakı aeroportundan zəng edərək deportasiyası barədə məlumat verə bilib. Azərbaycan Daxili İşlər nazirliyinin mətbuat xidməti məlumatı təsdiq edib. Mətbuat xidməti cənab Musəvinin ölkə ərazisində müvafiq icazə olmadan yaşadığını və İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq ölkədən çıxarıldığını bildirib. GAMON-un məlumatına görə, Musavi aprelin 7-nə keçən gecə saxlanılıb. Saxlanılmasından beş gün öncə o siyasi mühacir kimi tanınması üçün Yasamal məhkəməsinə müraciət edib. Lakin, məhkəmə müraciəti rədd edib. Hadi Musavi Bəzz qalasına yürüşdə iştirak etdiyi üçün 2004-cü ildə İranda həbs olunub və işgəncələrə məruz qalıb. 2005-ci ilin sentyabrında o İranı tərk edərək Bakıya gəlib.
XS
SM
MD
LG