Accessibility links

Azərbaycan süni peyk buraxmaq istəyir


Azərbaycanın rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov bu gün keçirdiyi mətbuat konfransında son üç ildə ölkədə informasiya-kommunikasiya texnologiyalarının 30-35 faiz inkişaf edərək dünya göstəricilərini 2-3 dəfə qabaqlaıdığını bildirib. Onun sözlrinə görə, 2008-ci ilin sonunadək ölkənin bütün yaşayış məskənləri informasiya şəbəkəsinə qoşulacaq. Nazir əhalinin 10 faizinin İnternet istifadəçisi olduğunu və hər min nəfərə 42-43 mobil telefon düşdüyünü vurğulayıb. Cənab Abbasov sabit şəbəkədə telefon xidmətlərinə görə abunə haqqı üzrə iyunun 1-dən tətbiq ediləcək vahid 2 manat dəyərində tarifin maya dəyərindən 1 manat aşağı olduğunu bildirib. Bu tarifin maya dəyərinə çatdırılması isə şəhərlərarası və beynəlxalq rabitə xidmətləri üzrə trafikin artım səviyyəsindən asılı olur. O xarici telekanalların Azərbaycandan canlı verilişlər aparması ilə bağlı problemlərin olmasını təkzib edib. Nazirin dediyinə görə, bu sahədə hər hansı problem yoxdur və müraciət edən istənilən teleşirkətə canlı yayım üçün icazə verilir. Cənab Abbasov informasiya texnologiyaları sahəsində Azərbaycan-ABŞ əlaqələrinin uğurla davam etdirildiyini deyib. Onun sözlərinə görə, Azərbaycanda ifnormasiya texnologyilarının inkişafı üçün 2006-cı ildə hökumətlərarası müqavilə də imzalanıb. Nazir həmçinin Azərbaycanda informasiya-kommunikasiya sahəsində aparılan işlərin beynəlxalq diqqətdə olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu sahədə BMT ilə sənəd imzalancaq. Cənab Abbasov Transxəzər fibrooptik kanalının yaradılması üçün konsorsiumun təşkil ediləcəyini deyib. Bu layihə artıq dünyada geniş əks-səda doğurub. Nazir 2008-ci ildə Azərbaycanın süni peykini buraxacağını diqqətə çatdırıb.
XS
SM
MD
LG